Britaniya ABŞ-dan gələn tariflərə cavab vermək üçün planlar hazırlayır

Britaniya ABŞ-dan gələn tariflərə cavab vermək üçün planlar hazırlayır

4 Fevral 10:48
Bəyəndim (1) Bəyənmədim (0)

Britaniya ABŞ-dan gələn tariflərə cavab vermək üçün planlar hazırlayır. Bu barədə Financial Times (FT) qəzeti Böyük Britaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

"Biz hazırıq. Biz ABŞ prezidenti Donald Trampla yaxından işləməyi səbirsizliklə gözləyirik, lakin Britaniya nazirləri həmişə milli maraqlara uyğun olan ən yaxşısını edirlər", - mənbə bildirib. Mənbənin bu sözləri Amerika liderinin ABŞ-dan ixracat baxımından “Böyük Britaniya xətti keçdi” iddialarına cavab olaraq gəlib. Eyni zamanda Tramp məsələnin həllinin Böyük Britaniya ilə tapıla biləcəyini izah edib. O, həmçinin bildirib ki, onu ən çox narazı salan Vaşinqtonun Aİ ilə münasibətləridir.

"ABŞ-ın bu həftəsonu tutduğu istiqamət əksər analitikləri çaşdırıb. Böyük Britaniya iqtisadiyyatının açıqlığı böyük üstünlükdür, lakin çox yüksək səviyyədə qeyri-müəyyənlik var. Siz ABŞ-la münasibətlərdə heç nəyi istisna edə bilməzsiniz", - başqa bir məmur nəşrə deyib.

Financial Times ABŞ-ın Böyük Britaniya ilə 14,5 milyard dollarlıq ikitərəfli ticarət profisiti olduğunu diqqətə çatdırır. Ekspertlərə görə, bu, Londonu qalib mövqeyə qoyur, çünki Trampın əsas rüsum tətbiq etmək təhdidləri iqtisadi inkişafı həm böyük, həm də kiçik olan ölkələrə yönəlib.

Əziz Mustafa, Oxuməni.az