
Abxaziya Mərkəzi Seçki Komissiyası Sakarya şəhərində yaradılmış seçki məntəqəsini bağlayıb
Abxaziya Mərkəzi Seçki Komissiyası Abxaziya Respublikası Prezidentinin seçkiləri üçün Türkiyə Respublikasının Sakarya şəhərində yaradılmış seçki məntəqəsinin bağlanması barədə qərar qəbul edib. Bu barədə Komissiyanın mətbuat xidməti məlumat yayıb.
Əvvəllər bildirilmişdi ki, seçici məntəqəsi abxaz diasporunun kompakt yaşadığı Türkiyənin Sakarya şəhərində formalaşıb.
“Abxaziya Respublikasının Türkiyədəki səlahiyyətli nümayəndəsi İbrahim Avidzbadan prezident seçkiləri üzrə səsvermənin keçirilməsi üçün seçki məntəqəsinin açılmasının mümkünsüzlüyü barədə MSK-ya daxil olmuş məktub əsasında MSK Sakarya şəhərində yaradılmış seçki məntəqəsinin bağlanması barədə qərar qəbul edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, Sakaryadakı seçki məntəqəsinin və məntəqə seçki komissiyasının da buraxılmasına qərar verilib.
Əziz Mustafa, Oxuməni.az