Latviya Prezidenti müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağı planlaşdırır

Latviya Prezidenti müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağı planlaşdırır

26 Fevral 07:39
Bəyəndim (3) Bəyənmədim (0)


Latviya prezidenti Edqars Rinkeviçs Varşavada Polşa prezidenti Anjey Duda ilə görüşdə bildirib ki, yaxın illərdə ölkənin müdafiə büdcəsi ÜDM-in 4%-ni təşkil edəcək, 2028-ci ilə qədər isə 5%-ə qədər artacaq.

"Latviya da Polşa kimi müdafiəyə çox pul xərcləyir. Ölkə 2028-ci ildə müdafiə xərclərində ÜDM-in 4%-nə, ÜDM-in 5%-nə çatmaq niyyətindədir", - Rinkeviçs bildirib.

Eyni zamanda, Latviya prezidenti vurğulayıb ki, “faizlərlə hoqqabazlığın mənası yoxdur, çünki real müdafiə imkanları vacibdir”.

Rinkeviçs ümid etdiyini bildirib ki, bütün NATO ölkələri ÜDM-in ən azı 3,5%-i həcmində xərcləmənin yeni səviyyəsinə razı olacaqlar. "Bu, müzakirə edilməli olan səviyyədir. Birbaşa təhlükə altında olan ölkələr müdafiə xərclərini artırmaq barədə düşünməlidirlər", - Latviya prezidenti bildirib.

Əziz Mustafa, Oxuməni.az