
Çində 10 milyondan çox əhalisi olan şəhərlərin sayı 18-ə çatdı
Anxoy (Şərqi Çin) vilayətin inzibati mərkəzi Hefei şəhəri əhalisinin sayı 10 milyonu keçən 18-ci Çin şəhəri oldu. “Sinxua”agentliyi xəbər verir ki, bunu əyalətin statistika idarəsinin dərc etdiyi hesabat sübut edir.
Hesabatda göstərildiyi kimi Anxoy vilayətinin daimi əhalisi 2024-cü ilin sonu etibarilə 61,23 milyon nəfər idi. Xüsusilə, Hefei şəhərində daimi sakinlərin sayı 10,002 milyon nəfər, urbanizasiya səviyyəsi isə 86,38 faiz təşkil edib.
2024-cü ilin sonundakı məlumatlara görə, daimi əhalisi 10 milyondan çox olan ölkənin digər 17 şəhəri Çunçin, Şanxay, Pekin, Çendu, Quançjou, Şençjen, Uhan, Tyantszin, Sian, Suçjou, Çjençjou, Xançjou, Şiçzyaçjuan, Linyi, Dunqyuan, Çanşa və Çindao.
Almaz Həsənli
Digər xəbərlər