Nüfuzlu iş adamı Merab Suxumskinin qardaşı Tbilisinin mərkəzində güllələnib

Nüfuzlu iş adamı Merab Suxumskinin qardaşı Tbilisinin mərkəzində güllələnib

16 Mart 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Mtavari telekanalı xəbər verir ki, nüfuzlu iş adamı Merab Suxumskinin (Canqveladze) qardaşı və “Taqanskaya” mütəşəkkil cinayətkar qruplaşmasının lideri İqor Jirnokleyevin dostu Levan Canqveladze Tbilisinin (Gürcüstan) Çavçavadze küçəsində güllələnib. Hadisə dünən axşam saatlarında baş verib. Shot Telegram kanalının məlumatına görə, Canqveladze küçə ilə gedərkən avtomobildən ona 9 güllə atılıb.

Atəş açan şəxsin hələ də saxlanılmadığı bildirilir. Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparır. Məlumdur ki, Levan Canqveladze bir tanışının dəfni üçün Tbilisiyə gəlib və təhlükəsizliklə şəhər ətrafında hərəkət edib. Versiyalardan birinə görə, Canqveladzenin öldürülməsi onun digər kriminal rəhbəri Şakro Molodoy (əsl adı Zaxariy Kalaşov) ilə münaqişəsinin nəticəsi ola bilər.

Levan Canqveladzenin Merab Suxumskinin yaxın adamı olduğu və onun hüquqi biznesini idarə etdiyi iddia edilir. Canqveladzenin adı 2009 və 2013-cü illərdə sovet kriminal bossları Yaponçik (Vyaçeslav İvankov) və Ded Xasanın (Aslan Usoyan) qətli ilə bağlı idi.

Əziz Mustafa, Oxuməni.az