Çexiyada 14 mindən çox monqol yaşayır

Çexiyada 14 mindən çox monqol yaşayır

17 Mart 16:07
Bəyəndim (4) Bəyənmədim (0)

Çexiya monqollar üçün cənnətə çevrilməkdədir. Hökumət monqolların Çexiyaya gəlib yaşaması və işləməsi üçün onlara bütün imkanları yaradıb. Buna səbəb hökumətin və yerli əhalinin Çingiz xana olan rəğbəti və məhəbbəti ilə əlaqədardır.

Hazırda Çexiya Respublikasında rəsmi icazəsi olan 14,000-dən çox Monqolustan vətəndaşı yaşayır ki, bu da ölkədəki ümumi xarici əhalinin 1,28 faizini təşkil edir. Çexiyada yaşayan 10.000-dən çox monqol 18 və yuxarı yaşdadır, onların 97 faizi geyim istehsalı, montaj işləri və ət emalı sahəsində çalışır.

Hər il Çexiyada 200-ə yaxın monqol uşaq doğulur. Hazırda orta məktəblərdə 203, ibtidai məktəblərdə 1217, uşaq bağçalarında 465 monqol şagird təhsil alır. 2023-2024-cü tədris ili ərzində 120-dən çox monqollu tələbə Çexiya universitetlərində ali təhsil alıb.

Monqolustanın Praqadakı səfirliyi hər il orta hesabla 6000 vətəndaşa konsulluq xidməti göstərir.

Əziz Mustafa, Oxuməni.az