Rusiyanın ABŞ-dakı yeni səfiri Aleksandr Darçiyev bu gün  ABŞ-a yola düşəcək

Rusiyanın ABŞ-dakı yeni səfiri Aleksandr Darçiyev bu gün ABŞ-a yola düşəcək

26 Mart 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev bu gün Vaşinqtona səfər edəcək. Bu barədə TASS məlumatlı mənbəyə istinadən məlumat yayıb.

"Səfirin martın 26-da Vaşinqtona yola düşəcəyi gözlənilir", - məlumatda deyilir.

Rusiya prezidenti Vladimir Putin bu il martın əvvəlində Aleksandr Darçiyevi Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edib. Onun sələfi 2017-2024-cü illərdə bu vəzifədə çalışmış Anatoli Antonov olub. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiyanın Vaşinqtondakı yeni səfiri Aleksandr Darçiyevin əsas vəzifəsi ABŞ ilə münasibətləri inkişafına nail olmaq və Rusiyanın maraqlarını müdafiə etməkdir.

Darçiyev yeni vəzifəsinə qədər Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinə rəhbərlik edib. Həmçinin 2014-2021-ci illərdə Darçiyev Rusiyanın Kanadadakı səfiri vəzifəsində çalışıb. Diplomatın 64 yaşı var və Macarıstanda anadan olub.

Əziz Mustafa, Oxuməni.az