2024-cü ildə 30 ölkədən 2084 vətəndaşın Monqolustana girişi qadağan edilib

2024-cü ildə 30 ölkədən 2084 vətəndaşın Monqolustana girişi qadağan edilib

26 Mart 14:07
Bəyəndim (2) Bəyənmədim (0)

2024-cü ildə 30 ölkədən 2084 vətəndaşın Monqolustana girişi qadağan edilib. Onların arasında 47 nəfər Azərbaycan vətəndaşı da var. Qadağa səbəb ölkədə qalmaq və geri qayıtmaq üçün maliyyə vəsaitləri barədə sübutun təqdim edilməməsi və vizanın vaxtının bitməsidir. Bu barədə Monqolustan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Monqolustana girişinə qadağa qoyulanlar arasında 1238 Çin, 486 Cənubi Koreya, 167 Özbəkistan, 47 Azərbaycan, 42 Qırğızıstan vətəndaşı var. Monqolustana girişinə qadağa qoyulanlardan 105 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.

Monqolustana işləmək, təhsil almaq və uzunmüddətli yaşamaq üçün gələn Cənubi Koreya vətəndaşları müvafiq viza almalıdırlar. Bu ilin ilk iki ayında 12 ölkədən 211 vətəndaş sərhədi keçmədən geri qaytarılıb. Onlardan 148-i Çin, 24-ü Koreya Respublikası, 19-u Özbəkistan Respublikası vətəndaşları olub.

Monqolustana turizmin inkişafı və turistlərin sayının artırılması məqsədilə viza tələblərinin yumşaldılması və elektron vizaların verilməsi nəticəsində turizm məqsədi ilə elektron viza alan və ya icazəsiz iş görmək, səfər məqsədindən kənar fəaliyyətlə məşğul olmaq kimi viza tələblərindən azad edilən vətəndaşların sayı artıb. Buna paralel olaraq Monqolustana giriş üçün sənədlərin qaydada olmaması ilə bağlı sərhəddən geri qaytarılan xarici vətəndaşların da saylarında artım müşahidə olunmaqdadır.

Əziz Mustafa, Oxuməni.az