
Əllərində Qazaxıstan bayrağı olan niqablı dörd qadının fotoşəkili ilə bağlı cinayət işi açılıb
Atırau polisi əllərində ərəb əlifbası ilə Qazaxıstan bayrağı olan niqablı dörd qadının fotoşəkili ilə bağlı cinayət işi açıb. Dövlət rəmzlərinin təhqir olunması maddəsi ilə araşdırma aparılır. Bu maddə üçün maksimum cəza iki il həbsdir.
Araşdırmaya səbəb olan foto şəhərin buz meydançasında çəkilib. Son günlər sosial şəbəkələrdə aktiv şəkildə yayılır. Şəkildə əks olunan dörd şübhəli artıq müəyyən edilərək polisə aparılıb.
"Onlardan ikisi azyaşlıdır, ona görə də yeniyetmələr valideynlərinin iştirakı ilə ifadə verirlər. "İstintaqın maraqları naminə başqa məlumatlar açıqlanmayacaq", - deyə polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bayraqdakı yazı "şəhadə"dir. Bu, Allaha və Məhəmməd peyğəmbərin rəsulluğuna şəhadət edir. Səudiyyə Ərəbistanının rəsmi mənbəsində də analoji yazının olmadığı bildirilir Bu bayraq Instagram mağazasında alınıb.
Əziz Mustafa, Oxuməni.az