Tramp deyib ki, Zelenski resurs sazişindən imtina etmək istəyir

Tramp deyib ki, Zelenski resurs sazişindən imtina etmək istəyir

31 Mart 10:52
Bəyəndim (2) Bəyənmədim (0)


Ukrayna prezidenti Vladimir Zelenski ABŞ ilə resurs sazişindən imtina etməyə hazırlaşır. “Reuters” xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ağ Evin rəhbəri Donald Tramp deyib.
"O, nadir torpaq metalları ilə bağlı razılaşmadan geri çəkilməyə çalışır və bunu etsə, problemləri, böyük problemləri olacaq", - Tramp bildirib.
Martın 27-də “Bloomberg” xəbər verib ki, Vaşinqton və Kiyev arasında tərəfdaşlıq sazişinin ABŞ prezidenti Tramp administrasiyası tərəfindən hazırlanmış yeni variantı Vaşinqtonun Ukraynada infrastruktura və faydalı qazıntıların hasilatına gələcək investisiyalarına tam nəzarəti nəzərdə tutur. Sənəddə Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti yoxdur.
Almaz Həsənli