
İş adamı uşaqlarını qaçırmaq üçün işə agent götürdü
Almaniyada məşhur restoranlar şəbəkəsinin varisinin Danimarkada iki uşağını atasından qaçırmaq üçün özəl təhlükəsizlik şirkəti ilə əməkdaşlıq etdiyi üzə çıxıb.
Almaniyanın məşhur «Block House» restoranlar şəbəkəsinin varisi Kristina Blokun iki il əvvəl iki uşağının qaçırılması ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Alman mətbuatında yer alan xəbərlərə görə, Kristina Blok uşaqlarını atalarından almaq üçün özəl bir təhlükəsizlik firması ilə müqavilə bağlayıb.
“Die Zeit” qəzetinin yazdığına görə, uşaqların qəyyumluğu üçün tərəflər arasında davam edən döyüşdə məşhur restoranlar şəbəkəsinin varisi Danimarkadakı uşaqlarını atalarından qaçırmaq üçün İsrail agentni işə götürüb.
2021-ci ildə ataları Stefan Henselə baş çəkən iki uşaq daha sonra Almaniyaya analarının yanına qayıtmaqdan imtina ediblər. Uşaqlar analarının onlara qarşı zorakılıq etdiyini iddia etsə də, Blok bu ittihamları rədd edib.
Uşaqlar qaçırılarkən Hensel maskalı şəxslər tərəfindən zərərsizləşdirilib və uşaqlar avtomobilə mindirilərək sərhədə aparılıb. Uşaqlar burada başqa maşına köçürülüb, daha sonra Almaniyanın cənubunda sözügedən mühafizə şirkətinə məxsus fermaya aparılıb və nəhayət Kristina Bloka təhvil verilib…
Oxuməni.az