
ABŞ administrasiyası Trampın 79-cu doğum günü münasibətilə hərbi parad keçirmək istəyir
Bazar ertəsi “The Hill” xəbər verir ki, ABŞ hakimiyyəti prezident Trampın ad gününü qeyd etmək üçün Vaşinqton küçələrində parad keçirmək istəyir.
Nəşr yüksək səviyyəli administrasiya rəsmisinə istinadən yazır: “Tramp administrasiyası prezidentin 79-cu doğum günü münasibətilə iyunun 14-də Vaşinqton küçələrində hərbi parad keçirməyi planlaşdırır.
Parad həmçinin ABŞ ordusunun 250 illiyinə həsr olunacaq.
“The Hill” xatırladır ki, 2018-ci ildə ilk səlahiyyət müddətində Tramp Parisə səfər etdikdən və Bastiliya Günü yürüşündən təsirləndikdən sonra Pentaqona böyük hərbi parad üçün planlar hazırlamağı əmr etmişdi. Lakin həmin vaxt tədbiri keçirmək mümkün olmayıb.
Almaz Həsənli
Digər xəbərlər