
Aİ 9 May paradına qatılacağı təqdirdə Serbiyanı quruma üzv qəbul etməyəcəyi ilə hədələyib
Avropa İttifaqı (Aİ) mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda iştirak edəcəyi təqdirdə Serbiyanı quruma üzv qəbul etməyəcəyi ilə hədələyib. Bu barədə Financial Times (FT) məlumat yayıb.
Avropa rəsmilərinin fikrincə, Vuçiçin Moskvaya səfəri “Aİ-yə üzvlük kriteriyalarını pozacaq” və Serbiyanın üzvlükdən imtinası ilə nəticələnəcək.
Nəşr Estoniya Xarici İşlər Nazirliyinin kansleri Conatan Vseviovdan sitat gətirir: “Biz onlara başa salmalıyıq ki, müəyyən qərarlar üçün yüksək qiymət ödəniləcək”.
Bundan əvvəl məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək yubiley tədbirlərinə qatılacağını təsdiqləyib. Serbiya prezidenti Aleksandr Vuçiç də Qələbə Paradında iştirak edəcək və həmin gün Rusiya lideri Vladimir Putinlə danışıqlar aparacaq.
Əziz Mustafa, Oxuməni.az