
Kiyev öz ərazilərinin 20 faizindən imtina etməyə hazırdır
“New York Post” ABŞ administrasiyasının adı açıqlanmayan yüksək rütbəli rəsmisinə istinadən yazır ki, Kiyev münaqişənin həlli çərçivəsində öz ərazilərinin 20 faizindən imtina etməyə hazırdır, ancaq bu ərazilərin de-fakto itirilmiş kimi tanınması şərti ilə.
"Rəsmi bildirib ki, Ukrayna ərazinin "de-yure" tanınması deyil, "de-fakto" hesab edildiyi müddətcə "ərazinin 20 faizindən imtina etməyə hazır" görünür", - məqalədə deyilir.
Mənbənin məlumatına görə, ötən həftə Kiyev təmsilçiləri Amerika nümayəndə heyəti ilə danışıqlarda sazişin ərazilərlə, yəni referendumlar nəticəsində Rusiyanın tərkibinə daxil olan regionlarla bağlı bəndindən xüsusi narahatlığını bildiriblər, nəşr aydınlıq gətirib.
Amerika lideri Donald Tramp əmin olduğunu bildirib ki, Rusiya və ABŞ Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı razılığa gələ biləcəklər. O, bunu Vaşinqtonda Con Kennedi adına İfaçılıq Mərkəzinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
Almaz Həsənli