
Çin “Shenzhou-20" pilotlu kosmik gəmisini orbitə buraxıb
Göyərtəsində ekipaj olan Çinin “Shenzhou-20” adlı pilotlu kosmik gəmisi “Tiangong” Yerə yaxın stansiyasına yola düşüb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
“Shenzhou-20” kosmik gəmisini daşıyan CZ-2F/G raketi aprelin 24-ü cümə axşamı, Bakı vaxtı ilə saat 13:17-də Çzyutsyuan kosmodromundan buraxılıb. “Tianqonq” stansiyasının “Tianhe” modulu ilə birləşmə “Shenzhou-20” aşağı Yer orbitinə buraxıldıqdan 6,5 saat sonra baş verəcək.
“Shenzhou-20”-nin göyərtəsində üç taykonavt var: Çen Dun (ekipaj komandiri), Çen Çjunjuy və Van Çze. Onlar oktyabrın sonuna qədər “Tianqonq”da qalacaqlar.
Almaz Həsənli
Digər xəbərlər