Bomba partlaması nəticəsində 4 təhlükəsizlik əməkdaşı həlak olub

Bomba partlaması nəticəsində 4 təhlükəsizlik əməkdaşı həlak olub

15:05
Bəyəndim (0) Bəyənmədim (0)



Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik işçilərini daşıyan avtomobilin yaxınlığında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Polis rəsmiləri bildiriblər ki, Bəlucistanın cənub-qərbindəki Bəlucistanın Kvetta şəhərində yol kənarındakı partlayıcı qurğu partlayıb. Məlumata görə, partlayış nəticəsində avtomobildə olan 4 təhlükəsizlik işçisi həlak olub, 3 yaralı isə müalicə üçün yaxınlıqdakı xəstəxanalara göndərilib.
Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.
Pakistanın daxili işlər naziri Möhsün Naqvi bombalı hücumu pisləyib və həlak olan təhlükəsizlik qüvvələrinin ailələrinə başsağlığı verib.

Oxuməni.az