
ABŞ-ın zərbəsindən sonra göyərtəsində rusların olduğu neft tankeri Yəməndən çıxa bilmir
ABŞ-ın Yəmənə endirdiyi hava hücumunda yaralanan rus dənizçiləri müalicə olunmaq üçün ölkənin paytaxtı Sənaya aparılıb. RİA Novosti bu barədə onların “Seven Pearls” neft tankerinin ekipajına istinadən məlumat yayıb.
"Üç rus dənizçisi Yəmənin paytaxtında müalicə olunur", - mənbə bildirib.
O əlavə edib ki, liman rəhbərliyi tankerin oradan çıxmasına icazə vermir. Gəmidə hələ də su, yemək və dərman var, lakin 21 Rusiya vətəndaşının daxil olduğu ekipaj gəminin yenidən atəşə tutulmasından qorxur. Mənbənin sözlərinə görə, bəzi rusiyalıların xroniki xəstəlikləri var və onlar müayinəyə ehtiyacı duyur.
"Biz sadəcə ailələrimizin yanına evə getmək istəyirik" deyə ekipaj üzvü yekunlaşdırıb.
Amerikanın Ras İsa limanına endirdiyi zərbələr zamanı ruslar yaralanıb. Ənsar Allah (Husi) hökumətinin xarici işlər naziri Camal Amir deyib ki, “Amerika təcavüzü” neft daşımalarının qarşısını almaq məqsədi daşıyır.
Əziz Mustafa. Oxuməni.az