Dünyanın ən yaşlı qadını Braziliyada 116 yaşında dünyasını dəyişib

Dünyanın ən yaşlı qadını Braziliyada 116 yaşında dünyasını dəyişib

13:42
Bəyəndim (2) Bəyənmədim (0)


Planetin ən yaşlı insanı, braziliyalı rahibə İna Kanabarro Lukas 116 yaş 326 günlük yaşında vəfat edib. “Frans Press” agentliyi onun mənsub olduğu Porto Aleqri şəhərinin dini icmasına istinadən xəbər verir.
ABŞ-da yerləşən “Gerontology Research Group” (GRG) və “LongeviQuest” məlumat bazasına görə, Lukasın ölümündən sonra super yüzillik titulu keçən ilin avqustunda 115 yaşı tamam olan İngiltərənin Surrey qraflığından olan Etel Keytermə keçdi.
İna Kanabarro Lukas yanvar ayında 116 yaşlı yapon qadın Tomiko İtookanın ölümündən sonra dünyanın ən yaşlı insanı oldu.
“LongeviQuest” xəbər verir ki, rahibə 110 illik yubileyində ötən bazar ertəsi 88 yaşında vəfat edən və həftə sonu dəfn edilən Papa Fransiskdən xeyir-dua alıb.
Lukasın özü doğum tarixinin 27 may 1908-ci il olduğunu iddia etsə də, sənədlər onun 8 iyunda anadan olduğunu göstərir, GRG rəhbəri Robert Yanq “AFP”-yə bildirib.
Gerontoloji Araşdırma Qrupunun məlumatına görə, İna Kanabarro Lukas Braziliyanın cənubundakı Rio -Grande -do -Sul əyalətində anadan olub.
O, braziliyalı general David Kanabarronun nəvəsi idi və atası 1923-cü ildə döyüşdə öldürülüb. Uşaq ikən Lukas çox arıq idi və bu, hətta onun həyatı üçün narahatlıq doğururdu, GRG yazır.
O, internat məktəbində oxuyub, 1928-ci ildə Uruqvayın paytaxtı Montevideoya köçüb, orada rahibə olub və iki il sonra Braziliyaya qayıdıb və Rio-de-Janeyrodakı məktəbdə portuqal dili və riyaziyyatdan dərs deməyə başlayıb.
2021-ci ilin yanvarında, 112 yaşında Lukas koronavirus peyvəndinin ilk dozasını alıb və 2022-ci ilin oktyabrında xəstəxanada olarkən Covid-ə yoluxub. Bir ay sonra o, sağalaraq planetin xəstəlikdən sağ çıxan ən yaşlı insanlarından birinə çevrildi.
Almaz Həsənli