Almaniya Moskvaya təzyiq edir: ya atəşkəs, ya da daha sərt sanksiyalar

Almaniya Moskvaya təzyiq edir: ya atəşkəs, ya da daha sərt sanksiyalar

16:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu həftə Ukraynada müharibənin həllində irəliləyiş olmasa, Almaniya Rusiyaya qarşı daha sərt sanksiyalar tələb edəcək. Deutsche Welle xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

Merz hesab edir ki, Rusiya “şərtsiz 30 günlük atəşkəsə hazır olduğunu bəyan etməlidir”. Amma bu həftə müharibənin həllində “həqiqi irəliləyiş” olmasa, Almaniya hökuməti Avropa səviyyəsində Rusiyaya qarşı “sanksiyaların əhəmiyyətli dərəcədə sərtləşdirilməsində təkid edəcək”. Xüsusilə, bu, enerji və maliyyə bazarı sektorlarına aid ola bilər.

Merz beləliklə, Aİ ölkələri Rusiya diktatoru Vladimir Putini mayın 12-dən etibarən 30 gün ərzində tam atəşkəsə əməl etmədiyi təqdirdə onu daha sərt sanksiyalarla hədələyəndə son çarənin qüvvəsini itirib-itirmədiyi sualına cavab verib.

Ötən həftəsonu Ukrayna, ABŞ və “qərarlılar koalisiyası” faktiki olaraq Putinə ultimatum verib: ya o, mayın 12-də tam və qeyd-şərtsiz 30 günlük atəşkəsə başlayır, ya da yeni sanksiyalar tətbiq olunacaq.

Əziz Mustafa, Oxuməni.az