"Tesla" Avropanın Elektrikli Avtomobil Bazarında Liderliyini İtirdi

"Tesla" Avropanın Elektrikli Avtomobil Bazarında Liderliyini İtirdi

07:58
Bəyəndim (0) Bəyənmədim (0)

Aprel ayının nəticələrinə görə, uzun aylar ərzində ilk dəfə olaraq "Tesla" Avropada yeni elektromobillər bazarında liderliyini itirib. Onu Çin avtomobil istehsalçısı BYD ötüb. Bu barədə Financial Times xəbər verir.

Aprelin ilk 30 günündə BYD AB-də illik müqayisədə 2,7 dəfə artaraq 7 231 elektrik avtomobili satıb.

"İki marka arasında mütləq satış rəqəmlərindəki fərq kiçik ola bilər, lakin nəticələr əhəmiyyətlidir. Bu, Avropa avtomobil bazarı üçün böyük dönüş nöqtəsidir", - analitiklər deyir.

Aİ-nin Çin istehsalı olan elektrik avtomobillərinə qadağanedici tariflər tətbiq etməsinə baxmayaraq, aprel ayında Çindən elektriklə işləyən avtomobillərin Avropa satışı 2024-cü ilin eyni ayı ilə müqayisədə 59% artıb. Müqayisə üçün, Avropada Yaponiya, Cənubi Koreya və ABŞ-dakı fabriklərdən elektriklə işləyən avtomobillərin ümumi satışı il ərzində cəmi 26% artıb.

Əziz Mustafa . Oxuməni.az