Çin, Şimali Koreya və İran Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edir

Çin, Şimali Koreya və İran Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edir

27 May 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Çin, Şimali Koreya və İran Rusiyaya Ukraynaya qarşı müharibə aparmağa kömək edir. Bu dörd ölkə birlikdə işləyir. Bunu Ohayo ştatının Deyton şəhərində (ABŞ) Alyansın parlament assambleyasında çıxışı zamanı NATO-nun baş katibi Mark Rutte bildirib.

"Biz bilirik ki, Çin Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas dəstəkçisidir, Rusiyaya ikili təyinatlı mallar verir və ona sanksiyalardan yayınmağa kömək edir", - Rutte deyib.

O əlavə edib ki, Şimali Koreya Rusiyanın dəstəyi müqabilində çoxlu texnologiya alır, İran isə Moskvadan pul alıb Yaxın Şərqdə xaos səpmək üçün istifadə edir.
"Bu dörd ölkə birlikdə işləyir, biz sadəlövh olmamalıyıq", - NATO-nun baş katibi qeyd edib.

Xatırladaq ki, Rusiya sanksiyalardan yayınmağa və silah istehsalı üçün komponentlər əldə etməyə kömək edən tərəfdaşları Çin, İran və Şimali Koreyadan asılıdır.

Məsələn, Rusiyanın Kh-59 təyyarə raketlərində xaricdə istehsal olunan 42 hissə və komponent aşkarlanıb, Rusiyanın artıq bir neçə dəfə Ukraynanı vurmaq üçün istifadə etdiyi Şimali Koreya raketlərinin tərkibində Amerika və Avropa şirkətlərinin komponentləri var.

Əziz Mustafa, Oxuməni.az