
Zelenski Putinlə Ərdoğan və Trampın iştirakı ilə görüşə hazır olduğunu bildirib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya diktatoru Vladimir Putinlə daha iki ölkənin liderlərinin iştirakı ilə görüşməyə hazır olduğunu bildirib.
RBC-Ukrayna xəbər verir ki, bu barədə Ukrayna dövlətinin başçısı jurnalistlərlə söhbəti zamanı bildirib.
Zelenskinin sözlərinə görə, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.
"O, dörd liderin - o, Amerika prezidentinin, Putinin və mənim görüşümə münasibətim barədə siqnal göndərdi. Mən ona dedim ki, liderlər səviyyəsində görüşü dəstəkləyirəm, çünki məndə belə təəssürat var ki, görüşümüz olmadan atəşkəs olmayacaq", - prezident qeyd edib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski hələ may ayında Rusiya diktatoru Vladimir Putinlə görüşməyə hazır idi. Lakin sonra Kreml rəhbəri danışıqlar üçün İstanbula uçmaq istəmədi.
Eyni zamanda, bu gün, iyunun 2-də Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, İstanbulda danışıqlar zamanı Ukrayna tərəfi iyunun sonuna qədər Zelenski ilə Putin arasında görüş təşkil etməyi təklif edib.
Əziz Mustafa, Oxuməni.az