
Baş Qərargah rəisi Radakin: Rusiya NATO ilə döyüşmək istəmir
Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi Toni Radakin bildirib ki, Rusiya NATO ilə döyüşmək istəmir. Bu barədə RİA Novosti məlumat yayıb. “Rusiya NATO ilə döyüşmək istəmir, Rusiya da nüvə müharibəsi istəmir və biz buna həqiqətən əmin olmalıyıq”, - Radakin bildirib. Onun fikrincə, Rusiyanın hərbi münaqişəyə girmək istəməməsi, guya alyansın gücü və çəkindirmə qabiliyyəti ilə bağlıdır.
Britaniya Müdafiə Qərargahının rəhbəri həmçinin vurğulayıb ki, ABŞ öz nüvə qalxanını təmin etməklə Avropa təhlükəsizliyinin qarantı rolunu davam etdirir. Bundan əvvəl Radakin NATO-ya üzv ölkələrin hərbi xərcləri artırmaqdan imtina etsələr, rus dilini öyrənməli olub-olmayacağı ilə bağlı sualı rus dilində cavablandırıb.
NATO-nun baş katibi Mark Rutte Britaniya hökumətinə müdafiə xərclərini artırmağı tövsiyə edərək, əks halda Böyük Britaniyanın “rus dilini daha yaxşı öyrənəcəyini” bildirmişdi. Rutte həmçinin alyans üzvlərinin müdafiə xərclərini ÜDM-in hazırkı 2%-dən 3,5%-ə qədər artırmağı təklif etdi və infrastrukturun inkişafına ÜDM-in daha 1,5%-ni xərcləməyə çağırdı. Əziz Mustafa, Oxuməni.az