
ABŞ dövlət katibi Marko Rubio rusiyalıları Rusiya Günü münasibətilə təbrik edib
ABŞ dövlət katibi Marko Rubio cümə axşamı, iyunun 12-də həmvətənləri adından rusiyalıları Rusiya Günü münasibətilə təbrik edib.
Rubionun ABŞ Dövlət Departamentinin saytında dərc olunan bəyanatında deyilir: “Birləşmiş Ştatlar daha parlaq gələcəyə olan istəklərini irəli sürməyə davam edən Rusiya xalqını dəstəkləməyə sadiqdir”.
"Biz həmçinin Rusiya və Ukrayna arasında davamlı sülhə nail olmaq üçün ABŞ-ın Rusiya Federasiyası ilə konstruktiv əməkdaşlığa sadiqliyini bir daha təsdiqləmək üçün fürsətdən istifadə edirik. Ümid edirik ki, sülh ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələri gücləndirəcək", - sənəddə daha sonra vurğulanır.
Almaz Həsənli
Digər xəbərlər