
Xamenei İsrailin hücumlarına görə bunkerdə gizlənir
İranın ali dini lideri Əli Xamneyi İsrailin cümə günü ilk zərbələrinə başlamasından bir neçə saat sonra Tehranın şimal-şərqindəki yeraltı bunkerə təxliyə edilib. Bu barədə “İran İnternational” ölkə daxilindəki iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Xamneyi Tehranın şimal-şərqindəki Lavisan rayonunda yerləşən bunkerdədir. Ailə üzvləri də onunla birlikdə ora köçüblər.
Portal qeyd edir ki, İsrailin əvvəlki hücumları zamanı, 2024-cü ilin aprel və oktyabr aylarında Xamneyi eyni bunkerdə gizlənib.
Mənbə İsrailin iyunun 15-də Məşhəd hava limanına zərbə endirməsini də Ali Rəhbərə xəbərdarlıq adlandırıb - bu, yəhudi dövlətinin indiyədək vurduğu ən uzaq nöqtədir (İsraildən təqribən 2,3 min km məsafədə, Türkmənistanla sərhədə yaxın). Mənbə qeyd edib ki, İsrail bununla Xamneyinin heç bir yerdə təhlükəsiz olmadığını göstərdi.
İyunun 15-də “Reuters” ABŞ mənbələrinə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Tramp İsrailin Xamneyini öldürmək planına “veto qoyub”. Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi bu hesabatı “saxtalar ölkəsindən saxta” adlandırıb.
“The Wall Street Journal” daha əvvəl İsrail mənbəsinə istinadən yazmışdı ki, Xamneyi İsrailin zərbələri üçün potensial hədəf kimi istisna edilmir.
İyunun 13-dən davam edən əməliyyat zamanı İsrail ordusu və kəşfiyyatı İranın ondan çox yüksək rütbəli hərbçisini, eləcə də bir neçə nüvə fizikini məhv edib. Ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami, SEPAH-ın “Əl-Qüds” qüvvələrinin komandanı İsmayıl Qaani, SEPAH kəşfiyyatının rəhbəri Məhəmməd Kazemi, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və başqaları var. Hələ heç bir siyasi lider İsrailin zərbələrinin qurbanı olmayıb.
Almaz Həsənli