
Prezidentin göstərişi ilə Vens və Vitkoff İran rəsmiləri ilə görüşəcək
ABŞ prezidenti Donald Tramp xüsusi elçi Steven Witkoff və vitse-prezident J.D.Vensdən bu həftə İran rəsmiləri ilə görüşməyi xahiş edib. The New York Times (NYT) öz mənbələrinə istinadən xəbər verir.
Qeyd olunur ki, görüş baş tutsa, İranı böyük ehtimalla xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.
Nəşr xəbər verir ki, Ağ Ev rəhbəri öz komandasına İran rəsmiləri ilə tez bir zamanda görüşü təşkil etməyi tapşırıb.
Fox News isə bəyan edib ki, Amerika lideri ABŞ Milli Təhlükəsizlik Şurasına (MTŞ) Ağ Evin Situasiya Otağında toplaşaraq görüşə hazır olmaq əmri verib.
Əziz Mustafa
Digər xəbərlər