
Fransanın keçmiş prezidenti Sarkozi Fəxri Legion ordenindən məhrum edilib
Fransanın sabiq prezidenti, 2007-2012-ci illərdə ölkəyə rəhbərlik etmiş Nikola Sarkozi respublikanın ali dövlət mükafatı olan Fəxri Legion ordenindən məhrum edilib. Bu barədə AFP agentliyi Journal officiel rəsmi bülleteninə istinadən məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, bu qərar sabiq prezidentin nüfuz alveri və istintaqa təzyiq ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edilməsi ilə əlaqədar verilib. 2024-cü ilin sonunda Fransa məhkəmə sisteminin ən yüksək məhkəməsi olan Kassasiya Məhkəməsi Apellyasiya Məhkəməsinin 2023-cü ildə çıxardığı hökmü qüvvədə saxladı.
Əziz Mustafa
Digər xəbərlər