ABŞ sakini özünü stüardessa kimi göstərdi və 100-dən çox pulsuz uçuş etdi

ABŞ sakini özünü stüardessa kimi göstərdi və 100-dən çox pulsuz uçuş etdi

12 İyun 07:56
Bəyəndim (3) Bəyənmədim (0)


Cənubi Florida sakini Tyrone Alexander dələduzluqda və təhlükəsiz hava limanı ərazilərinə qanunsuz daxil olmaqda təqsirli bilinib. Adam 2018-ci ildən 2024-cü ilə qədər 7 müxtəlif aviaşirkətdə stüardessa rolunu oynayıb və 120 dəfədən çox pulsuz uçub. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, Tyrone Alexander sırf aviasiya personalı üçün nəzərdə tutulmuş xüsusi proqram təminatından istifadə edib. Sistemə daxil olmaq üçün o, 30-a yaxın işçinin şəxsiyyət vəsiqəsini saxtalaşdıraraq saxta iş tarixləri daxil edib. Bu, fırıldaqçıya ödənişlərdən yan keçməyə və hava limanının təhlükəsizlik zonalarına daxil olmağa imkan verib.

Tayron Aleksandra avqustun 25-də hökm oxunacaq.Onu 30 ilə qədər həbs gözləyir.
Əziz Mustafa