
Çinin AG600 amfibiya təyyarəsi kütləvi istehsala keçib
Çinin özünün hazırladığı irihəcmli amfibiya təyyarəsi AG600 "Kunlun" çərşənbə günü Çin Mülki Aviasiya Administrasiyasından (CAA) müvafiq sertifikat aldıqdan sonra rəsmi olaraq kütləvi istehsala başlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Sənəd AG600 tərtibatçısının və istehsalçısının keyfiyyətə nəzarət sisteminin aviasiya standartlarının tələblərinə cavab verdiyini təsdiqləyir.
Xatırladaq ki, bu, meşə yanğınlarının söndürülməsi, dənizdə xilasetmə əməliyyatları və digər tapşırıqlar üçün dünyanın ən böyük amfibiya təyyarələrindən biridir.
Almaz Həsənli
Digər xəbərlər