
İran İsrailə "yüzlərlə raketlə" cavab vermək planı hazırlayıb
İran hökumətinin üzvləri və hərbi rəhbərliyi İsrailin hücumu zamanı İsrailə zərbə endirmə variantlarını müzakirə etmək üçün görüş keçirib. Bu barədə “The New York Times” Tehrandan adı açıqlanmayan yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
İranlı mənbə NYT-yə bildirib ki, Tehran artıq İsrailə cavab hücumu planını hazırlayıb. Onun sözlərinə görə, bura “yüzlərlə ballistik raketdən” istifadə etməklə dərhal əks-hücum daxildir.
Cümə axşamı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami deyib ki, İran silahlı qüvvələri “istənilən ssenariyə hazırdır”. O, SEPAH-ın bunun üçün "strateqiyası olduğunu" vurğulayıb. (SNN-dən sitat).
Bundan əvvəl “The Washington Post” mənbələrinə istinadən yazıb ki, Amerika kəşfiyyatı İsrailin İranın nüvə obyektlərinə zərbə endirəcəyindən ehtiyat edir. “CBS” xəbər verir ki, İsrail artıq İranda hərbi əməliyyat keçirməyə hazırdır. ABŞ səlahiyyətliləri həmvətənlərini bölgəni tərk etməyə çağırıb.
Almaz Həsənli