
İran yüksək vəzifəli məmurların ölümünü rəsmən təsdiqləyib
İran İslam Respublikasının Müdafiə Nazirliyi (İİR) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirlərinin ölüm xəbərini rəsmən açıqlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə idarənin X sosial şəbəkədəki hesabında məlumat verilib.
Cümə axşamı axşam saatlarında İsrailin hava hücumu nəticəsində SEPAH-ın yarımhərbi qvardiyasının yüksək rütbəli komandiri həlak olub. İranın dövlət mediası SEPAH-ın baş komandanı Hüseyn Səlaminin ölümünü təsdiqləyib.
Zərbələr zamanı Səlamidən başqa, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri və İran Silahlı Qüvvələri komandanının müavini general-mayor Qulam Əli Rəşid (“Xatəm əl-Ənbiya” mərkəzi qərargahının komandiri) də həlak olub.
“Tasnim” xəbər agentliyinin verdiyi məlumata görə, “Abdulhamid Minuşer, Ahmadreza Zolfaqari, Amirhüseyn Feki, Motaleblizadə, Mohammad Mehdi Tehrançi və Fereydun Abbasi İsrailin hücumu zamanı həlak olan nüvə alimləridir”.
İranın dövlət mediası xəbər verir ki, İranın keçmiş milli təhlükəsizlik rəisi Əli Şamxani də öldürülüb. İranın dövlət televiziya kanalı “IRINN”, cümə günü İsrailin misli görünməmiş zərbələrindən sonra onun öldüyünü təsdiqləyib.
İsrail hava hücumlarının Tehranın kütləvi qırğın silahları hazırlamasını dayandırmaq məqsədilə İranın nüvə proqramını hədəf aldığını bildirib.
Almaz Həsənli