Hindistanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 130-u ötüb

Hindistanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 130-u ötüb

12 İyun 16:09
Bəyəndim (2) Bəyənmədim (0)


Hindistanda baş verən təyyarə qəzası qurbanlarının ümumi sayı hazırda 130 nəfəri keçib. Bu barədə “News18” portalı məlumat yayıb.
Boeing 787-8 Dreamliner təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayının ən azı 133 nəfər olduğu bildirilir. Bu məlumat Bakı vaxtı ilə saat 15:00-a olan məlumata görə dərc edilib.
Qəzadan əvvəl təyyarənin göyərtəsində 10 ekipaj üzvü olmaqla ümumilikdə 242 nəfər olub. Sərnişinlərdən biri, əvvəllər göstərildiyi kimi, Qucarat əyalətinin keçmiş rəhbəri Vicay Rupani olub. Onun qəzadan sonrakı vəziyyəti açıqlanmır.
Hadisə iyunun 12-də Əhmədabad hava limanı yaxınlığında baş verib. Quyruq hissəsi yaşayış binalarının üzərinə düşüb, nəticədə onlardan birinin divarları hisə qərq olub, digər tikilinin dam örtüyü yanıb. Qəzaya uğrayan təyyarənin “Air İndia” aviaşirkətinə məxsus olduğu və Londona uçduğu bildirilirdi. Təyyarədə cəmi 169 hindistanlı, 53 britaniyalı, yeddi portuqaliyalı və bir kanadalı olub. Yerli hakimiyyət orqanları insidentlə bağlı araşdırmaları davam etdirir və hazırda təyyarənin qəzaya uğramasının səbəblərini araşdırır.
Almaz Həsənli