
ABŞ Baş Qərargah rəisi: Putin Ukraynada dayanmayacaq
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn iddia edib ki, Rusiya prezidenti Vladimir Putin münaqişə Moskvanın xeyrinə bitərsə, Ukraynada dayanmayacaq.
O, bunu ABŞ Konqresində dinləmələr zamanı deyib, “The Hill” yazır.
Məqalədə qeyd edilir ki, bu cür ritorika ABŞ prezidenti Donald Trampın bu məsələ ilə bağlı mövqeyi ilə “kəskin təzad yaradır”.
Qəzet yazır ki, dinləmə zamanı senator Lindsi Qrem Keynə xarici münaqişələrlə bağlı bir sıra suallar verib, Putinin “Ukraynada dayanmayacağını” soruşub.
"Mən bunun belə olduğuna inanmıram" deyən Keyn müvafiq suala belə cavab verib.
Almaz Həsənli
Digər xəbərlər