
Həlak olan 1200-dən çox əsgərin cəsədi Ukraynaya qaytarılıb
Həlak olan 1212 müdafiəçinin cəsədi Ukraynaya qaytarılıb. Onların arasında Ukraynanın şərqində və cənubunda, eləcə də Kursk vilayətində döyüşmüş əsgərlər var.
Bu barədə “RBC-Ukrayna” Telegram-da Əsirlərlə Əlaqə üzrə Koordinasiya Qərargahına istinadən məlumat yayıb.
Onların arasında Rusiyanın Kursk vilayətində, eləcə də Ukraynanın bir sıra regionlarında: Xarkov, Luqansk, Donetsk, Zaporojya və Xerson vilayətlərində həlak olan hərbçilər var.
“Hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə cəsədlərın kimliyini ən qısa zamanda müəyyənləşdirəcək”, - Koordinasiya Qərargahının məlumatında deyilir. Rusiya hərbçiləri 7-8 iyun həftəsonu Ukraynadan cəsədlərin ilk partiyasını almağı tələb edib və bəyan ediblər ki, Kiyev guya Ukrayna Silahlı Qüvvələrinin həlak olmuş əsgərlərini qəbul etməkdən imtina edir, “BBC” yazır.
Almaz Həsənli