
“Çaqqal Günü” kitabının müəllifi Frederik Forsit 86 yaşında vəfat edib
“Çaqqal günü” romanının və digər ən çox satılan trillerlərin müəllifi Frederik Forsit qısamüddətli xəstəlikdən sonra vəfat edib.
Oxuməni.az “Euronews”-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi onun ədəbi agenti Conatan Lloyd məlumat verib.
Onun sözlərinə görə, Forsit bazar ertəsi səhər tezdən evdə, ailəsinin əhatəsində 86 yaşında vəfat edib.
"Dünyanın ən böyük triller yazıçılarından birinin vəfatına kədərlənirik,"-Lloyd deyib.
Forsit Kral Hərbi Hava Qüvvələrində pilot kimi xidmət edib və daha sonra xarici müxbir və yazıçı olub.
1971-ci ildə çap olunan “Çaqqal günü” kitabı ona dünya şöhrəti gətirdi.
Peşəkar sui-qəsdçi haqqında siyasi triller 1973-cü ildə filmə çəkildi və bu yaxınlarda Eddi Redmeyn və Laşana Linçin baş rollarda çəkildiyi teleseriala çevrildi. Lloydun sözlərinə görə, Forsit 75 milyon nüsxədən çox satılan "Əfqan", "Öldürmə siyahısı" və "Allahın yumruğu" da daxil olmaqla 25-dən çox kitab yazıb.
Almaz Həsənli