Le Pen: Aİ "Şərqdə müharibəyə" hazırlaşır

Le Pen: Aİ "Şərqdə müharibəyə" hazırlaşır

10 İyun 14:29
Bəyəndim (0) Bəyənmədim (0)


Fransanın ifrat sağçı “Milli Mitinq” partiyasının lideri Marin Le Pen bildirib ki, Avropa ölkələri “Şərqdə müharibə” layihəsinin planı üzərində işləyirlər.

“Bu gün Avropa Parlamentində bütün tematik komitələr fəal, mən deyərdim ki, patoloji olaraq Şərqdə müharibəyə hazırlaşırlar”, - deyə xanım Le Pen “Avropa Naminə Vətənpərvərlər” YouTube hesabında yayımlanan Avropa Parlamentinə seçkilərin ildönümünə həsr olunmuş tədbirdə bildirib.

O, aydınlaşdırıb ki, avropalılar müharibə istəyən liderlərin hakimiyyətə gəlməsini istəmirlər. Xanım Le Pen əmindir ki, Avropa İttifaqında sağçı qüvvələrin rəhbərliyi altında islahatlar aparılmalıdır.

Marin Le Pen bundan əvvəl də dəfələrlə Fransa prezidenti Emmanuel Makronu müharibəyə hazırlaşmaqda ittiham edib. May ayında Almaniya, Böyük Britaniya və Polşa liderləri ilə birlikdə Kiyevə səfərindən sonra xanım Le Pen bu koalisiyanın nəyə can atdığını,sülh, yoxsa müharibə istədiyini anlaya bilmədiyini söyləyib.

Əziz Mustafa, Oxuməni.az