Gürcüstan əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirir

Gürcüstan əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirir

10 İyun 10:30
Bəyəndim (2) Bəyənmədim (0)



Oxuməni.az xəbər verir ki, Gürcüstan parlamenti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirəcək yeni qanunlar paketi hazırlayıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə brifinqdə “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
Onun sözlərinə görə, Cinayət Məcəlləsinə yeni cəza növü - əcnəbi vətəndaşın Gürcüstandan çıxarılması və müəyyən müddətə ölkəyə girişinə qadağa qoyulması əlavə olunacaq.
Həmçinin, Mdinaradzenin sözlərinə görə, Gürcüstanda qalma qaydalarını pozan əcnəbi vətəndaşlar üçün cərimələrin məbləği artırılacaq, ölkədə qeyri-qanuni olan əcnəbi vətəndaşların ölkədən çıxarılması proseduru xeyli sadələşdiriləcək.
Aprelin ortalarında Gürcüstan Daxili İşlər Nazirliyi “əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə beynəlxalq mühafizənin təmin edilməsi ilə bağlı qaydaların təkmilləşdirilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və sığınacaq prosedurundan sui-istifadə hallarının qarşısının alınması məqsədilə” əcnəbilərin ölkədə qalma və giriş qaydalarını sərtləşdirən düzəlişlər paketi hazırlayıb.
Almaz Həsənli