Zelenski ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə vəd etdiyi minlərlə raketi Yaxın Şərqə göndərdiyini deyib

Zelenski ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə vəd etdiyi minlərlə raketi Yaxın Şərqə göndərdiyini deyib

12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski ABC News telekanalına müsahibəsində deyib ki, keçmiş prezident Co Baydenin administrasiyası onları respublikaya çatdırmaq niyyətində olsa da, ABŞ Yaxın Şərqə 20 min raket ötürüb.

Siyasətçinin sözlərinə görə, Kiyev hər gün ölkənin infrastrukturuna hücum edən Şahed tipli dronlarla mübarizə üçün “kritik əhəmiyyətli” olan bu raketlərə ümid edirdi. Zelenski qeyd edib ki, Ukrayna hakimiyyəti bu raketlərin çatdırılması ilə bağlı Pentaqonun keçmiş rəhbəri Lloyd Ostin ilə razılaşıb.

"Bu səhər müdafiə naziri mənə dedi ki, ABŞ onları Yaxın Şərqə köçürüb", - dövlət başçısı bildirib.

O əlavə edib ki, Ukrayna hələ də düşmən pilotsuz təyyarələrini məhv etmək üçün lazımi alətlər tapacaq.

Əziz Mustafa, Oxuməni.az