
Londondan Sinqapura uçan ikimərtəbəli təyyarə Bakıda məcburi eniş edib
Bazar ertəsi səhər Londondan Sinqapura uçan “Qantas Airlines”a məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.
Təyyarənin kapitanı sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar Bakıya eniş üçün icazə istəyib.
Saat 07:55-də “Qantas Airlines”a məxsus ikimərtəbəli Airbus A380 təyyarəsi uğurla Heydər Əliyev Hava Limanına enib. Sərnişinə yerindəcə lazımi tibbi yardım göstərilib, Bakıdakı həkimlər sərnişinin vəziyyətini nəzarətdə saxlamaqda davam edir, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildiriblər.
Hava limanında qeyd olunub ki, Airbus A380 dünya aviasiyasında ən böyük sərnişin təyyarəsidir; yalnız xüsusi texniki standartlara cavab verən beynəlxalq hava limanı belə layneri qəbul edə bilər.
Oxuməni.az