İsrail hərbçiləri Qəzza sahillərində Qreta Tunberqin olduğu gəmini ələ keçirib

İsrail hərbçiləri Qəzza sahillərində Qreta Tunberqin olduğu gəmini ələ keçirib

10:38
Bəyəndim (1) Bəyənmədim (0)

İsrail ordusu Qəzza sahillərində isveçli fəal Qreta Tunberqi daşıyan gəmini dayandıraraq nəzarəti ələ keçirib. Ölkənin səlahiyyətliləri yaxtanın İsraildəki limana doğru getdiyini və “media təxribatının iflasa uğradığını” bildiriblər.

“Reuters”in məlumatına görə, “Madleen” yaxtası bazar ertəsi Qəzza zolağına simvolik yardım çatdırmaq və ərazidəki humanitar böhranla bağlı beynəlxalq məlumatlılığı artırmaq məqsədi daşıyıb. 12 ekipaj üzvü arasında isveçli iqlim fəalı Tunberq və Fransa parlamentinin deputatı Rima Hassan də var idi.

Lakin gecə saatlarında gəmi dayandırılıb və İsrail hərbçiləri gəmiyə qalxıblar. “Reuters”in məlumatına görə, gəmi pilotsuz uçuş aparatları və helikopterlər tərəfindən mühasirəyə alınıb, bundan sonra üzərinə naməlum maddə səpilib. Bundan sonra silahlı hərbçilər gəmiyə miniblər və gəmi ilə əlaqə müvəqqəti olaraq tamamilə kəsilib.

"Azadlıq Donanmasının ekipajı gecə saat 2 radələrində beynəlxalq sularda İsrail ordusu tərəfindən həbs edildi", - Hassan daha sonra X-də yazıb. Şəkildə ekipajın qayıqda oturduğu, hamısı xilasedici jilet geyinmiş, əlləri havada görünür.

Az sonra İsrail Xarici İşlər Nazirliyi gəminin İsrailin nəzarətində olduğunu təsdiqləyib.

“Məşhur” “selfi yaxtası” sağ-salamat İsrailə yollanır. Sərnişinlərin öz ölkələrinə qayıtması gözlənilir.Qəzzəyə yardım çatdırmağın yolları var və onlar İnstaqramda selfi çəkdirməklə əlaqəli deyil,”- nazirlik X-də yazıb.

Nazirlik daha sonra əlavə edib ki, bütün sərnişinlər sağ-salamatdırlar. "Onlara sendviç və su verildi. Tamaşa bitdi".

Almaz Həsənli