
Rusiya Monqolustana qarşı 128 milyon kiberhücum həyata keçirib
Monqolustan Ümumdünya Telekommunikasiya Təşkilatının dərc etdiyi 2024-cü il Kibertəhlükəsizlik İndeksində 56 bal toplayıb, 193 ölkə arasında 103-cü yeri tutub və bu orta göstəricidir.
Kibertəhlükəsizlik rəsmilərinin təqdim etdiyi məlumatlara görə, 2024-cü ilə qədər Monqolustana Rusiyadan 128 milyondan çox kiberhücum edilib. Həmin dövr ərzində isə Monqolustana ABŞ- 65 milyondan, Çindən isə 50 milyondan çox kiberhücum olunub.
Çox güman ki, bunlar dövlət sirrini əldə etmək, onları girov saxlamaq üçün məxfi şəxsi məlumatların axtarışı və oğurlanması məqsədi daşıyan kiberhücumlardır.
Narahatedici olan odur ki, Monqolustanı hədəf alan kiberhücumların 70 faizi hökumətə və ona bağlı qurumlara yönəlib. Bundan başqa, 11 faiz parlament təşkilatlarına, 14 faiz səhiyyə təşkilatlarına, bir faiz isə hüquq-mühafizə orqanlarına yönəldilib.
Əziz Mustafa, Oxuməni.az