Müsəlmanları təhqir edən şəxs şəhərin mərkəzində oğurlanıb

Müsəlmanları təhqir edən şəxs şəhərin mərkəzində oğurlanıb

4 İyun 14:17
Bəyəndim (1) Bəyənmədim (0)

Bir qrup şəxs tərəfindən qara rəngli “Mersedes”in baqajına basılaraq naməlum istiqamətə aparılan şəxs , mütəmadi olaraq müsəlmanları təhqir edən videolar paylaşıb.
Moskvanın mərkəzindəki "Yaroslavski" dəmir yolu vağzalında bir qrup saqqallı şəxs yoldan keçənlərin gözü qarşısında bir nəfəri qaçırıb. "Oxuməni.az" yerli mətbuata istinadən aldığı məlumata görə, onu vağzalin binasının içərisində tutub, bütün stansiyada sürüyüblər, sonra “Mercedes”in baqajına basıb oradan uzaqlaşdırıblar.
Həmin şəxs ətrafdakılara onu saxlayanların polis olmadığını izah edərək köməyə çağırıb. Şahidlərin dediyinə görə, hücum edənlər çeçen ləhcəsi ilə danışıblar və çox güman ki, silahlı olublar.
Daha sonra sosial şəbəkələrdə qaçırılan şəxsin kimliyi ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, o, Ximkidən olan iş adamı Areq Şepixin olub.O, özünü iş adamı, Rusiyanın qəhrəmanı və top-menecer adlandırır. O , bir neçə çox qəribə video çəkib və sosial şəbəkələrdə yerləşdirib . Onlardan birində o, çeçen xalqını, Allahı və Quranı təhqir edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarından hələlik rəsmi açıqlama verilməyib.

Oxuməni.az