
Arxeoloqlar tarixi türk torpağı olan Tuvada yadplanetlilərlə əlaqə saxlamaq üçün qədim “smartfon” tapıblar
Türklərin ata yudu olan Tuvada aparılan qazıntılar zamanı arxeoloqlar tərəfindən qeyri-adi artefakt aşkar edilib - onun smartfona bənzədiyi və yerdən kənar sivilizasiya ilə əlaqə saxlamaq üçün istifadə oluna biləcəyi məlum olub. Bu barədə “Interesting Russia” məlumat yayıb.
Ala-Tey nekropolundan tapılan bu daş məmulatın təxminən 2100 yaşı var. Xarici olaraq, telefona bənzəyir və onun səthində qiymətli daşlar da var.
Alimlər daş “smartfon”un qəbilə başçıları tərəfindən qonşu yaşayış məntəqələri və hətta yadplanetli qüvvələrlə əlaqə vasitəsi kimi istifadə edildiyini irəli sürdülər. Ufoloqlar onu da bildirdilər ki, bu obyektin köməyi ilə burada yaşayan türklər Morze əlifbasına bənzəyən işıq siqnallarını ötürmüş ola bilərlər. Eyni zamanda, "qadcetin" səthindəki qiymətli daşlar aydın ardıcıllıqla parlamağa başladı - bütün bunlar "maqnit sahəsinin güclü qütbləşməsi" sayəsində baş verib.
"Uzaqda belə bir maqnit effekti hətta müasir texnologiyalar üçün də əlçatmazdır. Bütün bunlar onu deməyə əsas verir ki, yaradıcılar o dövrün insanları -burada yaşayan türklər bütün imkanları xeyli üstələyən biliyə malik olublar", - ufoloq İqor Kravtsov bildirib.
Eyni zamanda Ala-Tey nekropolunda qazıntılar davam edir. Alimlər qeyri-adi daş "smartfon"un məqsədini izah edəcək yeni artefaktlar tapmağa ümid edirlər.
Əziz Mustafa, Oxuməni.az