UEFA maliyyə feyr-pleyini pozduğu üçün "Barselona"ya sanksiya tətbiq edə bilər

UEFA maliyyə feyr-pleyini pozduğu üçün "Barselona"ya sanksiya tətbiq edə bilər

4 İyun 13:19
Bəyəndim (3) Bəyənmədim (0)


“The Times” iddia edir ki, “Barselona” futbol klubu qarşıdakı avrokubok mövsümündə maliyyə qaydalarını pozduğuna görə UEFA tərəfindən sanksiyalara məruz qala bilər.
Mənbənin sözlərinə görə, Kataloniya klubu transfer variantlarını genişləndirmək üçün qeyri-maddi aktivlərin satışından əldə olunan gəlirləri düzgün uçota almamaqla Avropa futbol reqlamentinin normalarını pozmaqda davam edir. 2024-cü ilin payızında “Barselona” bu cür pozuntulara görə UEFA-ya 500 min avro cərimə ödəməli olub. Kataloniyalılar bu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etsə də, məhkəmə onların şikayətini rədd edib.
Feyr-pley qaydalarının dəfələrlə pozulması sübuta yetirilərsə, kataloniyalılar 2025/26 mövsümündə Çempionlar Liqasının ümumi mərhələsində bir neçə xal cərimələnə, onların turnirə müraciəti də azaldıla bilər.
"Barselona" ötən mövsüm İspaniya çempionu olaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
Almaz Həsənli