Cənubi Koreyanın yeni prezidentinin adı açıqlanıb

Cənubi Koreyanın yeni prezidentinin adı açıqlanıb

4 İyun 10:57
Bəyəndim (3) Bəyənmədim (0)

Cənubi Koreyada əvvəlki dövlət başçısı Yun Sok Yolun impiçmentindən sonra keçirilən prezident seçkilərində “Toburo” Demokrat Partiyasının namizədi Li Çje Myön qalib gəlib. Bülletenlərin 100%-i işləndikdən sonra Li 49,4% səs toplayıb.

Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

“Yonhap” agentliyinin məlumatına görə, hakim mühafizəkar Vətəndaş Gücü Partiyasının namizədi Kim Mun Su 41,1% səs toplayıb.

İnauqurasiya mərasimində o, yarımadada sülhə nail olmaq üçün KXDR ilə əlaqə saxlamağa hazır olduğunu bildirib. Eyni zamanda, Cənubi Koreya silahlı qüvvələrinin döyüş hazırlığını qoruyub saxlaması tələb olunur”, - o qeyd edib.

“Biz Şimali Koreya ilə ünsiyyətə açıq olacağıq, Koreya Respublikası ilə ABŞ arasında hərbi ittifaq əsasında qurulan güclü çəkindirmə vasitəsi sayəsində Şimali Koreyanın hərbi təxribatlarına və nüvə silahlarına hazır olmaqla, əməkdaşlıq yolu ilə Koreya yarımadasında sülh quracağıq”, - deyə prezident bildirib.

Li Çje Myön keçid dövrü olmadan Mərkəzi Seçki Komissiyasının nəticələri elan etdikdən dərhal sonra vəzifəsinin icrasına başlayıb. Bu, onun ölkənin əvvəlki rəhbərinin impiçmenti ilə əlaqədar keçirilən növbədənkənar seçki nəticəsində seçilməsi ilə bağlıdır.

Almaz Həsənli