Səudiyyə Ərəbistanı iyul ayında Avropa üçün neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq

Səudiyyə Ərəbistanı iyul ayında Avropa üçün neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq

5 İyun 07:40
Bəyəndim (2) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanı iyulda avropalı alıcılar üçün bütün növ neftin qiymətini bir barel üçün 1,8 dollar artıracaq, bu barədə dövlətə məxsus Saudi Aramco məlumat yayıb.

Nəticədə, Şimal-Qərbi Avropadan olan müştərilər üçün “Arab Light” markalı yanacağın bir bareli “Brent”dən 3,25 dollar, Aralıq dənizi yanacağından isə 3,05 dollar baha olacaq.

Eyni zamanda, Asiya ölkələrindən olan alıcılar üçün neftin “yüngül” çeşidləri gələn ay bir barel üçün 0,2 dollar ucuzlaşacaq. Beləliklə, “Arab Light” son dörd ildə minimum səviyyəyə yaxın olan Oman/Dubay neft səbətindən 1,2 dollar baha olacaq.

ABŞ üçün "yüngül" neftin qiyməti bir barel üçün 0,1 dollar azalacaq, digər növlər üçün isə dəyişməyəcək.

Əziz Mustafa, Oxuməni.az