
ABŞ Böyük Britaniya və Fransanı BMT-də Fələstini tanımaqdan çəkindirib
İyunun 17-dən 20-dək Nyu-Yorkda keçiriləcək BMT konfransında ABŞ Britaniya və Fransaya Fələstini tanımamaq barədə xəbərdarlıq edib. Bu barədə “Middle East Eye” (MEE) Britaniya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Fransa konfransda Fələstin dövlətini birtərəfli qaydada tanımağa hazırlaşır və Britaniyanı bu təşəbbüsə qoşulmağa çağırır.
Eyni zamanda Fransa mediası Britaniya hökumətinin bu planı dəstəklədiyini iddia edir. "Lakin Vaşinqton özəl olaraq Britaniya və Fransaya Fələstinin birtərəfli qaydada tanınmasının yolverilməzliyi barədə xəbərdarlıq etməyə başlayıb. Eyni zamanda, ərəb dövlətləri onları bu addımı atmağa çağırır", - məqalədə deyilir.
Ərəb-Britaniya Anlaşma Şurasının (Kaabu) rəhbəri Kris Doyl qeyd edib ki, Fransa və Britaniya tərəfindən tanınması fələstinlilərin dövlətçilik hüququnun və İsraillə gələcək danışıqlarda bərabər hüquqların tanınması demək olacaq.
Almaz Həsənli