Latviya ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
BMT Baş Assambleyası Konqo Demokratik Respublikası, Liberiya, Bəhreyn, Kolumbiya və Latviyanı 2026-2027-ci illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçib, RİA Novosti və TASS müxbirləri xəbər verirlər. Bu ölkələr 2025-ci il dekabrın 31-də səlahiyyət müddəti bitən Əlcəzair, Qayana, Koreya Respublikası, Syerra-Leone və Sloveniyanı əvəz edəcək.
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri gizli səsvermə yolu ilə seçilir. Qələbə qazanmaq üçün onlar BMT Baş Assambleyası nümayəndələrinin ən azı üçdə ikisinin səsini almalıdırlar.
Latviya əvvəllər heç vaxt BMT Təhlükəsizlik Şurasının üzvü olmayıb. Kolumbiya 7 dəfə, Konqo Demokratik Respublikası iki dəfə, Bəhreyn və Liberiya hərəyə bir dəfə BMT strukturunun qeyri-daimi üzvü seçilib.
Əziz Mustafa, Oxuməni.az





































































.jpg)
.jpg)
.jpg)











