Çinin "Cütyan" ağır pilotsuz təyyarəsi ilk uçuşunu həyata keçirib
Çinin özü tərəfindən hazırlanmış "Cütyan" adlı ağır pilotsuz uçuş aparatı (PUA) cümə axşamı ilk uçuşunu həyata keçirib. Oxuməni.az "Sinxua" agentliyinə istinadla xəbər verir ki, bu barədə layihəyə cavabdeh olan Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) məlumat yayıb.
Uzunluğu 16,35 metr, qanadlarının açıqlığı isə 25 metr olan PUA-nın uçuşu Şimali-Qərbi Çinin Şensi əyalətinin Veynan şəhərinin Puçen qəzasında baş tutub.
Pilotsuz təyyarənin maksimal qalxma kütləsi 16 ton, faydalı yükqaldırma qabiliyyəti isə 6000 kq-dır. Avtonomluğu 12 saata qədər, uçuş məsafəsi isə 7000 km-dir.
Güclü faydalı yükqaldırma qabiliyyətinə, yüksək uçuş hündürlüyünə, geniş sürət diapazonuna və qısa müddətdə qalxma və enmə bacarığına malik olan PUA mülki təyinatlı müxtəlif tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub.
PUA, uzaq bölgələrə ağır yüklərin dəqiq çatdırılması, təcili rabitənin bərpası, təbii fəlakətlər zamanı yardım göstərilməsi, həmçinin coğrafi çəkiliş, təbii fəlakətlər zamanı vəziyyətin qiymətləndirilməsi və faydalı qazıntıların axtarışı sahələrində xidmətlər göstərilməsi daxil olmaqla, müxtəlif tapşırıqları yerinə yetirmək üçün istifadə oluna bilər.
Almaz Həsənli



























.jpg)
.jpg)
.jpg)



















































