Dubay polisində Mansory tərəfindən tüninq edilmiş Ferrari peyda olub

Dubay polisində Mansory tərəfindən tüninq edilmiş Ferrari peyda olub

13:47
Bəyəndim (3) Bəyənmədim (0)


Dubay polisinin avtomobil parkı Mansory tüninqindən çıxmış Ferrari Purosangue superkrossoveri ilə zənginləşdirilib. Xüsusi ağ-yaşıl rəng sxemində olan avtomobil 1000 Miglia Experience UAE avtomobil yürüşü zamanı təqdim olunub. Bu barədə Oxuməni.az “Carscoops”a istinadla xəbər verir.
Bildirilir ki, Ferrari Purosangue yerli polisin sifarişi ilə hazırlanıb. Krossoverdən necə istifadə ediləcəyi dəqiqləşdirilməyib.
Hüquq-mühafizə orqanları bu ilin yazında Mansory tərəfindən təqdim olunan Pugnator modifikasiyasındakı Purosangue-ni alıb. Belə bir krossoverdə kapot, təkər qövslərinin üzlükləri, arxa diffuzor və iki hissəli spoyler daxil olmaqla çoxsaylı karbon detalları var. Ön tərəfdə 22 düymlük, arxa tərəfdə isə 23 düymlük təkərlər quraşdırılıb.
Standart Purosangue, 725 at gücü (716 Nm) hasil edən 6,5 litrlik təbii aspirasiyalı V12 mühərriki ilə təchiz olunub, Mansory-dən yeni egzoz sistemi isə onun gücünü 745 at gücünə (730 Nm) qədər artırır.
Almaz Həsənli